ABŞ-ın Kubadakı Quantanamo həbsxanasında 10 ildən çox saxlanılan 5 məhbus Qazaxıstana köçürülür. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama dekabrın 20-də növbəti dəfə Konqresi Kubadakı həbsxananı bağlamağa çağırıb.
“Röyter” agentliyi Pentaqon nümayəndəsinə istinadən xəbər verir ki, Qazaxıstana 3 Yəmən və 2 Tunis vətəndaşı köçürüləcək. Beləliklə, Quantanamodakı məhbusların sayı 127-yə düşəcək.
Modern.az