Pakistanın Peşəvər şəhərində 2003-cü ildə o vaxtkı prezident Pərviz Müşərrəfə sui-qəsddə günahkar bilinən Niaz Məhəmməd edam edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan hərbi hava qüvvələrinin keçmiş texniki olan puştun Niaz Məhəmməd Xaripur şəhərindəki həbsxanadan ciddi mühafizə altında edam yerinə gətirilib. Həbsxana həkimi onu müayinə edəndən sonra sağlam olduğunu bildirib.
Məhəmməd edam olunandan sonra meyiti qohumlarına təhvil verilib.
O, Pakistanda ölüm hökmünə qadağa aradan götürüləndən sonra edam hökmü yerinə yetirilən 7-ci məhbusdur. Bundan əvvəl edam edilənlərin də 5-i Pərviz Müşərrəfə sui-qəsd cəhdində ittiham olunurdular.
Modern.az