“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı 2014-cü ildə İraqda 15 mindən çox adamı öldürüb, 22 mindən çox adam yaralanıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda İraq hökuməti məlumat yayıb. İŞİD yaraqlıları 2014-cü ilin yayında İraq və Suriyanın ərazilərinin bir hissəsini işğal edərək xəlifə elan edib. Terrorçularla bu iki ölkənin orduları, kürd dəstələri, eləcə də ABŞ-ın daxil olduğu beynəlxalq koalisiya üzvü olan ölkələr mübarizə aparır. Avqust ayından koalisiya qüvvələri İŞİD-in İraqdakı, sentyabrdan isə Suriyadakı mövqelərinə zərbə endirir.
Modern.az