Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yanvarın 1-də saat 17:25 radələrində Dənizkənarı Milli Parkda bir nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb. Onun cəsədi xilasedicilər tərəfindən, batdığı yerdən tapılaraq saat 17:36-da sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.