Daxili İşlər Nazirliyi saxta sürücülük vəsiqəsinin satılması barədə məlumat yayıb. Modern.az saytı xəbər verir ki, DİN mətbuat xidmətinin məlumatına görə, 2014-cü il yanvar-fevral ayları ərzində Astara rayon sakini Xanbaba Əhədov Kosalar kənd sakini Sərxan Yusifovun etimadını qazanıb 800 manatını alaraq, ona saxta sürücülük vəsiqəsi satıb.
Faktla əlaqədar Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb.