Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanvarın 4-də Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobili ilə 1990-cı il təvəllədlü Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobili toqquşub. Yük maşınının “Mercedes”in üzərinə aşması nəticəsində hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:34-də başa çatıb.