Modern.az

Musa Qasımlı: “Əsl soyqırımı ermənilər dinc azərbaycanlılara qarşı törədiblər”

Musa Qasımlı: “Əsl soyqırımı ermənilər dinc azərbaycanlılara qarşı törədiblər”

5 Yanvar 2015, 11:05

İstanbul Universitetində “XIX-XX əsrlərdə türk-erməni əlaqələri: birgə yaşama, qırğınlıq, ayrılıq və yeni axtarışlar” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb. Modern.az xəbər verir ki, Azərbaycanı beynəlxalq simpoziumda millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının “Azərbaycanlılara qarşı soyqırım siyasəti” işçi qrupunun rəhbəri, professor Musa Qasımlı  təmsil edib.

Millət vəkili  “Rusiya, İngiltərə və Fransanın Osmanlı hökumətinə 1915-ci il 24 may tarixli müraciətinin qəbul edilməsində çar Rusiyası hökumətinin səyləri (Rusiya Xarici İşlər Nazirliyinin sənədləri əsasında)” mövzusunda məruzə ilə çıxış edib.

“Ən mötəbər arxiv sənədlərindən aydın olur ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Bu, erməni dairələri və bəzi dövlətlər tərəfindən strateji məqsədlərini reallaşdırmağa kömək məqsədi ilə uydurulub. Əsl soyqırımı erməni silahlı dəstələri, daşnak Ermənistanı və Ermənistan Respubikası müxtəlif dövrlərdə dinc azərbaycanlılara və digər türk, müsəlman əhaliyə qarşı törədiblər”.

Qeyd edək ki, simpozium yanvarın 7-nə qədər davam edəcək. Burda Türkiyə, Azərbaycan, ABŞ, Polşa, Rusiya, İran və b. ölkələrdən olan tarixçilər məruzələrlə çıxış edəcəklər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub