Modern.az

Qubad İbadoğlununun hərəkatı partiyaya çevrilir? - AÇIQLAMA

Qubad İbadoğlununun hərəkatı partiyaya çevrilir? - AÇIQLAMA

5 Yanvar 2015, 13:11


Qubad İbadoğlu ötən il Müsavat Partiyasının  qurultayının  nəticələrindən narazı qalan qüvvələrlə birgə elan etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı artıq rayonlarda   təşəbbüs qruplarının yaradılması fəaliyyətinə başlayıb.

“Artıq Salyan rayonunda təşəbbüs qrupu  yaradılıb. Ən azı 30 rayon təşkilatında  təşəbbüs qruplarının yaradılması gözlənilir. Çalışırıq ki, Azərbaycanın ən azı üçdə birini əhatə edək”.

Bunu Modern.az saytına hərəkatın fəaliyyətindən danışan  hərəkatın təşkilat komitəsinin rəhbəri Qubad İbadoğlu deyib. Onun qeyd etdiyinə görə, hərəkatın bölgələrdə deyil, Bakının rayonlarında da təşəbbüs qrupları yaradılacaq.  

Hərəkatın partiyaya çevrilmə ehtimalına gəldikdə, o, qeyd edib ki, əsas məqsədləri hərəkat kimi fəaliyyət göstərməkdir.    

Məltəm Talıbzadə  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu