Modern.az

Dərmandan, turşudan, qazdan və içkidən zəhərlənib öldülər

Dərmandan, turşudan, qazdan və içkidən zəhərlənib öldülər

5 Yanvar 2015, 13:24


Yanvarın 3-də Şamaxı rayonunun Çuxuryurd kəndində Nisə Bayramova dərman və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-də Gəncə şəhərində yaşayan Rəfayel Quliyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Yanvarın 2-də Sumqayıt şəhərində yaşayan İnqilab Şükürov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 3-də orada ölüb. Yanvarın 3-də Xəzər rayonunun Şağan qəsəbəsində yaşayan Suriyyə Əliyeva, yanvarın 4-nə keçən gecə Gəncə şəhər sakini Nərmin Quliyeva dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu