Modern.az

Habil Əliyevin həyat yoldaşı: “Onu evdən bayıra çıxarmağa qorxuruq”

Habil Əliyevin həyat yoldaşı: “Onu evdən bayıra çıxarmağa qorxuruq”

Təhsil

5 Yanvar 2015, 15:00

“Habil müəllimin səhhəti yaxşıdır. Amma biz yenə də onu evdən bayıra çıxarmırıq. Qorxuruq ki, bayıra çıxan kimi yenidən pis olar”.

Bunu Modern.az-a xalq artisti, kaman ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib.  Qeyd edək ki, H.Əliyev ötən ilin yayında tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yatırılıb. Bir müddətdən sonra evə buraxılsa da, bu günə qədər ev şəraitində müalicə olunur.

Şərqiyyə xanımın dediyinə görə, bayram günlərində bir sıra tanınmış adamlar, sənət dostları zəng vurub Habil Əliyevi təbrik ediblər:

“Sənət yoldaşlarının, tanınmış adamların bəziləri zəng vurub. Xalq artisti Arif Babayev, deputatlardan isə Ziyafət Əsgərov, Aydın Mirzəzadə telefonla Habil müəllimi təbrik ediblər”.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu