Modern.az

Ebru Gündeş Rza Zərrabdan boşanır

Ebru Gündeş Rza Zərrabdan boşanır

5 Yanvar 2015, 15:56


Bir maqazin proqramında təəccüblü bir iddia ortaya atılıb və məşhur cütlüyün boşanmaq üzrə olduqları söylənilib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparıcılığını Sinan Özendincik, Oya Aydoğan ve Pakize Sudanın etdiyi Beyaz TV-də yayımlanan “Söyləməzsəm Olmaz” proqramının iddiasına görə Ebru Gündeş – Reza Zarrab cütlüyü bir müddətdir boşanmanın astanasındadır.

Son bir həftədir ayrılıq mövzusunda ciddi qərarlar alan cütlüyün yaxın zamanda boşanmaq üçün məhkəməyə müraciət etmələri gözlənilir.

Ayrıca Ebru Gündeşin İnstaqram hesabından paylaşdığı fotoşəkildə boşanacaqları dedi-qodularını “Xeyirlisi” kimi dəyərləndirməsi də hamını təəccübləndirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu