Modern.az

Dörd keçmiş nazirlə bağlı qərar çıxdı

Dörd  keçmiş nazirlə bağlı qərar çıxdı

5 Yanvar 2015, 21:23


Türkiyənin dörd keçmiş naziri haqqında yaradılan Parlament İstintaq Komissiyasının iclası başa çatıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirlər Ali Divana göndərilməyib. Nazirlərin məsələsinin Ali Divanda mühakimə olunması rədd edilib.

2013-cü il 17-25 dekabr əməliyyatlarında adları keçən daxili işlər naziri Müəmmər Gülər, keçmiş sənaye və ticarət naziri Zəfər Çağlayan, Avropa Birliyi (Aİ) naziri və baş müzakirəçi Egemen Bağış və və keçmiş ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın Ali Divana sövq edilib-edilməməsi ilə bağlı qərar çıxıb.

Komissiya 4 keçmiş nazirin Ali Divana getməməsinə səs verib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu