Modern.az

Ərdoğan Süleyman Dəmirələ baş çəkdi

Ərdoğan Süleyman Dəmirələ baş çəkdi

6 Yanvar 2015, 09:47



Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan sələfi, eks-dövlət başçısı Süleyman Dəmirələ baş çəkib. Ərdoğanın ziyarətinə səbəb son zamanlar Dəmirəlin səhhətində yaşanan problemlər olub. Keçmiş dövlət baçısını yoluxan Ərdoğan ona həmçinin qardaşı Əli Dəmirəlin vəfatından dolayı başsağlığını da çatdırıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə həmçinin Türkiyə və dünyanın hazırki siyasi durumundan da söhbət açılıb. Süleyman Dəmirəl Ərdoğan siyasətini təqdir edərək ona uğurlar arzulayıb: “Xalqın seçdiyi ilk cumhurbaşqanısınız. Allah yardımçınız olsun”.

Ərdoğan isə cavabında həm baş nazir, həm də dövlət başçısı olduğu dönəmdə dövlətin düzgün idarəedilməsində özündən əvvəlki insanlardan örnək aldığını bildirib. Türkiyənin səhiyyə naziri Mahmud Müəzzinoğlunun da iştirak etdiyi görüş Süleyman Dəmirəlin Güniz Sokak adlanan yerdəki evində baş tutub.      
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu