Amerikada yaşayan məşhur əfqan yazıçısı, "Çərpələng uçuran" romanının müəllifi Xalid Hosseini “Azadlıq” radiosunun həbsdə olan müxbiri Xədicə İsmayılın müdafiəsinə qoşulub.
“Azadlıq” radiosunun məlumatına görə, onun da qoşulduğu "PEN Amerika Mərkəzi"nin bəyanatında deyilir ki, jurnalist və tərcüməçi X.İsmayılın həbsi Azərbaycanın beynəlxalq imicinə ləkədir.
Qeyd edək ki, Xədicə İsmayıl Xalid Hosseininin "Çərpələng uçuran" romanını Azərbaycan dilinə tərcümə edib.
“Mənim üçün şərəfdir ki, səsimi Azərbaycan oxucusuna Xədicə İsmayıl çatdırıb. İndi mənim onun səsinə səs vermək növbəm çatıb. Ümid edirəm ki, dünya onun dərhal azadlığa buraxılması və qeyd-şərtsiz jurnalistlik kimi mühüm işinə qayıtması çağırışlarıma qoşulacaq" - deyə yazıçı Twitter-də qeyd edib.
Modern.az