Modern.az

Azərbaycanlı məktəbli Beynəlxalq Olimpiadada bürünc medal qazandı

Azərbaycanlı məktəbli Beynəlxalq Olimpiadada bürünc medal qazandı

5 Yanvar 2015, 20:15


Argentinanın Mendoza şəhərində keçirilən 11-ci Beynəlxalq Təbiət Elmləri Olimpiadasında (IJSO 2014-International Junior Science Olympiad) Azərbaycanı “İstək” liseyinin şagirdləri təmsil edib. Olimpiadada 40-dan çox ölkədən gəlmiş 200-dən artıq iştirakçı birincilik uğrunda biliklərini sınayıblar.

10 gün davam edən olimpiada 3 mərhələdə keçirilib. Birinci mərhələ fizika, kimya və biologiya fənlərinin hər birindən 10 sual olmaqla 30 sualdan ibarətdir. İkinci mərhələ “nəzəri tur” adlanır və fizika, kimya, biologiya fənlərindən açıq sualları əhatə edir. 3-cu mərhələ “praktik tur”dur. Bu mərhələdə komanda şəklində fizika, kimya və biologiya fənlərinə uyğun laboratoriya işləri yerinə yetirilir.

Qeyd edək ki, Beynəlxalq Təbiət Elmləri Olimpiadası 2004-cü ildən keçirilir. 2009-cu ildə Bakıda təşkil edilmiş 6-cı Beynəlxalq Təbiət Elmləri Olimpiadasına 50 ölkə qatılıb. Bu, Beynəlxalq Təbiət Elmləri Olimpiadasının tarixində ən böyük göstərici hesab olunur. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu