Modern.az

Sabahın hava PROQNOZU - Şaxta, çovğun olacaq - XƏBƏRDARLIQ

Sabahın hava PROQNOZU - Şaxta, çovğun olacaq - XƏBƏRDARLIQ

7 Yanvar 2015, 14:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilərlə yağıntılı olacağı, qar yağacağı, şimal-qərb küləyinin şiddətlənəcəyi, çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı gözlənilir.

Havanın temperaturu yanvarın 7-dən 8-nə keçən gecə 1-3 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacaq.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə və gündüz 90-95 faiz təşkil edəcək.

Yanvarın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və  çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və  təmiz hava şəraitinin üstünlüyü müsbət amildir. 

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.

Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında isə yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir.  Bəzi rayonlarda qərb küləyi güclənəcək.

Yollar buz bağlayacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu