Modern.az

BMT dəhşətli rəqəm açıqladı: 6 ayda 5,5 milyon insan...

BMT dəhşətli rəqəm açıqladı: 6 ayda 5,5 milyon insan...

8 Yanvar 2015, 01:22


BMT Qaçqınlar üzrə Ali Kommisarlığının hesabatı 2014-cü ilin birinci yarısında zorla didərgin salınma hallarının artdığını göstərir.

Bu barədə Modern.az-a BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

 Məlumatda qeyd edilir ki,Orta, Şərqi Afrikanı, həmçinin digər yerləri bürüyən müharibə səbəbindən 2014-cü ilin ilk altı ayı ərzində təxminən 5,5 milyon insan didərgin salınmışdır ki, bu da zorla didərgin salınanların sayının daha da yüksəlməsindən xəbər verir.

"2014-cü il üzrə yarım illik tendensiyalara dair" BMT QAK-ın hesabatı göstərir ki, son dövrlərdə didərgin düşmüş 5,5 milyon insandan 1,4 milyonu beynəlxalq sərhədləri keçərək qaçqın olmuş, qalanları isə öz ölkələri daxilində məcburi köçkünə çevrilmişlər. Mövcud olan didərgin əhalinin sayını, yenilənmiş məlumatları, könüllü qayıdış və üçüncü ölkələrdə məskunlaşma hallarını nəzərə alsaq, BMT QAK tərəfindən yardım göstərilmiş insanların (hesabatda "aidiyyəti olan şəxslər " kimi istinad olunmuşdur) sayı 2014-cü ilin ortalarınadək 46,3 milyona çatmışdır ki, bu da 2013-cü ilin sonundakı saya nisbətən təxminən 3,4 milyon nəfər çoxdur və yeni rekord göstəricidir.

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, BMT QAK-ın mandatı altında olan qaçqın insanlar arasında suriyalılar ilk dəfə olaraq üç onillikdən də artıq müddət ərzində çoxluqda olmuş əfqanları sayca haqlayaraq daha böyük çoxluq təşkil edirlər (Orta Şərqdəki fələstinlilər BMT-nin digər qurumu - Fələstin qaçqınlarına yardım və onlarla iş üzrə BMT Agentliyinin (UNRWA) himayəsi altındadırlar). 2014-cü ilin iyununadək olan məlumatlara əsasən 3 milyondan artıq suriyalı qaçqın bütün dünyada BMT QAK tərəfindən yardım göstərilən bütün qaçqınların 23 faizini təşkil edir.

Sayca ikinci yerə enmələrinə baxmayaraq, bütün dünyada 2,7 milyon əfqanıstanlı qaçqın ən uzun müddət ərzində BMT QAK-ın himayəsi altında olan qaçqın əhali olaraq qalır (bu agentlik ən azı beş il davam edən qaçqınlıq durumunu "uzunmüddətli qaçqınlıq vəziyyəti" hesab edir). Suriya və Əfqanıstandan sonra qaçqınların mənşə ölkələri arasında Somali (1,1 milyon), Sudan (670,000), Cənubi Sudan (509,000), Konqo Demokratik Respublikası (493,000), Myanmar (480,000) və İraq (426,000) ön yerlərdədirlər.

1,6 milyon əfqanıstanlı qaçqını qəbul etmiş Pakistan mütləq mənada ən çox sayda qaçqın qəbul etmiş ölkə olaraq qalır. Ən çox qaçqın əhalinin yerləşdiyi digər ölkələr Livan (1,1 milyon), İran (982,000), Türkiyə (824,000), İordaniya (737,000), Efiopiya (588,000), Keniya (537,000) və Çaddır (455,000).

BMT QAK-ın hesabatında qaçqınların sayı ölkə əhalisinin sayı ilə və ya ölkə iqtisadiyyatının həcmi ilə müqayisə edilməklə qaçqınları qəbul etmiş ölkələrin bu kontekstdə töhfələri diqqətə çatdırılır.

Belə ki, əhalisinin sayına nisbətdə Livan və İordaniya ən çox sayda qaçqın qəbul.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu