Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, hadisə bu gün 03:00-da Ordubad ərazisində baş verib.
Zəlzələnin maqnitudası 4,3, dərinliyi 5 km olub. Yeraltı təkanlar hiss olunub.
Modern.az