Modern.az

Sahil bağında qətl törədən şəxs tutulub

Sahil bağında qətl törədən şəxs tutulub

8 Yanvar 2015, 10:33

Yanvarın 6-da Bakıda qətl törədən şəxs saxlanılıb. Səbail Rayon  Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 6-da saat 20 radələrində qeydə alınıb. N. Həsənov və tanışı O. Məmmədzadə bir nəfər tərəfindən bıçaqlanıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu