Modern.az

“Azərbaycanda dini və milli zəmində hüquqların pozulması azalıb” - Deputat

“Azərbaycanda dini və milli zəmində hüquqların pozulması azalıb” - Deputat

8 Yanvar 2015, 11:01

“2014-cü ildə milli və dini azlıqlarla bağlı hər hansı təklif  bizə daxil olmayıb”. Bunu Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib.

Deputat milli və dini zəmində hüquqların pozulması ilə bağlı bildirib ki,  artıq məsələ ilə əlaqədar Milli Məclisə edilən müraciətlər azalıb:

“2014-cü il ərzində hansısa kriminal məsələ ilə bağlı müraciətlər olub. Bu problemlərə geniş təsir göstərməyib. Bunu dini zəminlə əlaqələndirsələr də, elə bir şey olmayıb. Konkret dini zəmində qarşıdurma, kiminsə hüquqlarının pozulması məsələsi müşahidə olunmayıb. Əvvəllər dini və milli zəmində edilən müraciətlərin sayı daha çox idi. İndi isə bu cür müraciətlərin və hüquqların pozulması ilə bağlı müraciətlərdə azalma müşahidə olunur”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu