Modern.az

Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

8 Yanvar 2015, 11:35


Parisdəki terror aktının qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad ediləcək.

Fransanın Azərbaycandakı səfirliyində dünən Parisdəki "Charlie Hebdo" satirik jurnalında baş vermiş terror aktı nəticəsində ölənlərə görə matəm əlaməti olaraq bayraqlar endirilib.  

Fransa səfirliyindən "Report"a bildirilib ki,  bu gün Bakı vaxtı ilə saat 15:00-da (Paris vaxtı ilə saat 12.00-da) səfirlikdə terror aktının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xatırladaq ki, Fransa prezidenti Fransua Olland  "Charlie Hebdo" satirik jurnalında terror aktı nəticəsində ölənlərin xatirəsinə üç günlük matəm elan edib.   Jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər ölüb, 10 nəfər yaralanıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu