Modern.az

Fransanın bütün ölkələrdəki bayraqları endirildi

Fransanın bütün ölkələrdəki bayraqları endirildi

8 Yanvar 2015, 12:00

Fransa prezidenti Fransua Olland “Charlie Hebdo” jurnalının redaksiyasında törədilən terror qurbanlarına görə ölkədə üç günlük matəm elan edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, yanvarın 8-dən bir gün əvvəl Parisdə baş verən terrora görə 3 günlük milli matəm başlayıb.

Bu müddətdə Fransanın bütün ərazisində dövlət bayrağı endiriləcək. Fransua Olland xalqa müraciətində deyib: “Onlar bizim qəhrəmanlarımızdır. Ona görə sabahdan (bu gündən) milli matəm elan olunur. Mən fərman vermişəm, bu gün saat 12:00-da bütün dövlət müəssisələrində anım mərasimi keçiriləcək. Mən bütün xalqı anma mərasimlərinə dəvət edirəm”.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfirliyində də bu gündən Parisdəki terrora görə bayraq endirilib.
Modern.az xəbər verir ki, bu gündən Fransanın bütün  ölkələrindəki səfirliklərində Fransanın dövlət bayrağı endirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu