Modern.az

“Qanun”un problemləri hələ də həll olunmayıb

“Qanun”un problemləri hələ də həll olunmayıb

8 Yanvar 2015, 13:02



“ Vergilər Nazirliyi ilə məhkəmə prosesləri davam edir. Hələ yekunlaşmayıb”. Bunu Modern.az saytına “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə olan məhkəmə prosesindən danışan direktoru Şahbaz Xuduoğlu deyib.

O qeyd edib ki, hazırda hesabları bağlıdır və sənədlərin özlərinə qaytarılmayıb. Ş.Xuduoğlu hazırda məhkəmə proseslərinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Vergi Auditi Departamenti ötən il noyabrın 1-də “Qanun” nəşriyyatında yoxlama aparıb, 47 min manatlıq sanksiya hesablayıb. Məhkəməyə üz tutan redaksiya bu qərarın qanunsuz qərar kimi tanınmasını istəyib.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu