Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, gecə və səhər saatlarında qar yağacağı gözlənilir.
Yağıntı gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.Azərbaycanın rayonlarında fasilələrlə qar yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək.
Modern.az