Modern.az

Ermənistanın baş naziri ifşa olundu

Ermənistanın baş naziri ifşa olundu

8 Yanvar 2015, 14:47

2014-cü ilin dekabr ayının 30-da İspaniyanın ən böyük nəşrlərindən biri olan “El Mundo”nun Ermənistana həsr edilmiş xüsusi buraxılışı çap edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün bundan öncə bəyanat verib.

Xüsusi buraxılışda Ermənistanın baş naziri Ovik Abramyanın və Yerevan hökumətinin digər üzvlərinin müsahibələri dərc edilib. 

Lakin Ermənistan hökumət rəsmilərinin sözügedən nəşrə verdikləri müsahibələrlə bağlı böyük məbləğdə rüşvət faktı ortaya çıxıb. Modern.az erməni qaynaqlarına istinadən xəbər verir ki, Ermənistan baş naziri Ovik Abramyanın xüsusi buraxılışa görə “El Mundo” qəzetinə 30 min avro rüşvət verdiyi bəlli olub.  

Ermənistan mətbuatı bildirir ki, iqtisadi böhran şəraitində olan ölkənin baş naziri israfçılığı özünə rəva görür.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu