Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qatıldığı bir yığıncaqda ayaqqabı atılıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ayaqqabı ana müxalifət partiyasının liderinə dəyməyib. Ayaqqabı atan şəxs salondan çıxarılıb.
CHP lideri Kamal Kılıçdaroğlu Ankarada təqaüdçülərin problemləri və həlli təklifləri ilə bağlı yığıncağa qatılıb.
Modern.az