Modern.az

Dövlət Kino-Foto Sənədləri Arxivinə 1647 fotosənəd göndərildi

Dövlət Kino-Foto Sənədləri Arxivinə 1647 fotosənəd göndərildi

8 Yanvar 2015, 22:50

AzərTAc Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədi ilə 1647 fotosənəd göndərib.

Modern.az xəbər verir ki, fotosənədlər 2013-cü ilin ikinci yarısında Prezident İlham Əliyevin xarici dövlətlərə səfərlərini, qəbullarını, siyasi, iqtisadi, humanitar forumlarda iştirakını, respublikamızın regionlarına səfərlərini əks etdirir. Fotolarda dövlət proqramı və layihələrinə uyğun olaraq paytaxtda və bölgələrdə uşaq bağçalarının, orta məktəblərin,

Gənclər mərkəzlərinin, elektrik stansiyalarının, su kanallarının, yol və körpülərin, yol qovşaqlarının, Olimpiya komplekslərinin, parkların, emal müəssisələrinin, heyvandarlıq və quşçuluq komplekslərinin, neftçıxarma platformalarının, sənaye-kimya parklarının, mehmanxanaların və digər obyektlərin açılış mərasimləri də əksini tapıb. Dövlət Kino-Foto Sənədləri Arxivindən  bildiriblər ki,  hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir fotosənədin məzmununa dair müfəssəl kataloq hazırlanır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu