09 yanvar 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış elektrik sayğacı, qaz sayğacı və elektrik kabeli 10 p.m yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 550 kv.m olan sexin yanar konstruksiyaları 250 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Köməkçi tikiliyə bitişik olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İmişli rayonu, Cavadxanlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan birmərtəbəli 1 otaqlı ev və evə bitişik ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
09 yanvar 2015-ci il saat 02:45-dək, ilkin məlumata əsasən:Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:59-da başa çatmışdır.
Modern.az