“Ötən gecə təcili yardıma müraciət edənlərin ümumi sayı 1500 nəfər olub”. Bunu Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.
Həkim qeyd edib ki, şaxtalı hava şəraitində 35 nəfər travma alıb. Onlardan bəzisinə yerində müdaxilə edilib, digərləri isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanlara yerləşdirilib.
Qəza sayına gəldikdə, Oqtay Şahmalıyev ötən gecə paytaxt küçələrində 6 yol nəqliyyat qəzasının baş verdiyini açıqlayıb: “6 yol nəqliyyat qəzası baş verib. Nəticədə 8 nəfər ağır dərəcəli xəsarətlərlə xəstəxanalara yeləşdirilib”.
Qeyd edək ki, havaların kəskin soyuyacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ bir neçə gün əvvəldən xəbərdarlıq etmişdi.
Gülşən RAUFQIZI