Modern.az

“28 may” metrostansiyasında ölənin kimliyi bəlli oldu - FOTO

 “28 may” metrostansiyasında ölənin kimliyi bəlli oldu  - FOTO

9 Yanvar 2015, 12:44

AzNews.az xəbər verir ki, orta yaşlı bir kişi həyatını itirib. Deyilənə görə o, ürək tutmasından vəfat edib.

Bu haqda məlumatı Turan İbrahim adlı bir şəxs özünün Facebook səhifəsində yazıb.
O, ölən şəxsin polis tərəfindən bayıra çıxarıldığını vurğulayıb.

Ölüm faktını "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi  Nəsimi Paşayev Modern.az-a   təsdiqləyib. O bildirib ki, hadisə səhər saat 09:30-da, 33 saylı marşrutda baş verib. Nəsimi Paşayev qeyd edib ki, ölən şəxs 1954-cü il təvəllüdlü  Valeri Mironovdur.

““Nizami” stansiyasında özünün pis hiss edib, dərhal maşinistə məlumat verilib. Hadisə yerinə təcili yardım xidmət çağırılıb. “28 may” stansiyasında qatardan endirilib, lakin həkimin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.


Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu