Modern.az

Almurad Əliyev: “Elçibəyin muzeyinin yaradılması ilə oğlu məşğul olmalıdır”

Almurad Əliyev: “Elçibəyin muzeyinin yaradılması ilə oğlu məşğul olmalıdır”

9 Yanvar 2015, 13:13


Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ölümündən illər keçsə də, indiyədək onun həyatını əks etdirən muzey yaradılmayıb. Keçmiş dövlət başçısının qardaşı Almurad Əliyev Modern.az saytına deyib ki, Əbülfəz Elçibəyin muzeyinin yaradılması ilə bağlı planları çoxdan var:

“Amma hələ ki heç bir təşəbbüs irəli sürülməyib. Qardaşıma məxsus əşyalar onun öz evində qorunur. Onun muzeyinin yaradılması ilə oğlu, ailəsi məşğul olmalıdır. Mən xüsusi təşəbbüs göstərməmişəm”.

Yeganə Oqtayqızı

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu