Modern.az

Putinin İspaniyada villa alması təsdiqlənmədi

Putinin İspaniyada villa alması təsdiqlənmədi

9 Yanvar 2015, 16:25


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov KİV-də Putinin İspaniyada villa alması ilə bağlı yayılan informasiyaları təkzib edib.

Modern.az bildirir ki, o, bu haqda “Exo Moskva” radiostansiyasının efirində məlumat verib: “Bu, orijinal olmayan zarafatdır”.

Bundan əvvəl Britaniyanın “Daily Mail” qəzeti Rusiya prezidentinin Malaqa əyalətində villa alması haqda xəbər yayıb. Qəzetdəki məlumatda qeyd edilirdi ki, ümumi sahəsi 18 min kvadratmetr olan ərazidə helikopter meydançası və ən azı 22 avtomobil üçün saxlanc yeri var. Britaniya nəşri onu da xəbər verirdi ki, villanın ərazisində elit üzüm sortu yetişdirmək planlaşdırılır.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu