Yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin 1-ci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb.
Yayılan xəbərlə bağlı bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar.
53 saylı orta məktəbin direktoru Firəngiz Həsənovanın Modern.az-a verdiyi məlumata görə məsələ ilə əlaqədar, valideyn övladının dermotoloji problemi olduğunu və bir neçə ay öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib.
Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib. Bacısı isə Şəms isə Dənizin ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək, məlumatı yoxlamadan şəxsi “Facebook” səhifəsində bölüşüb.
Məsələ ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, dünən bəzi KİV-lər Bakının Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə müəllimə Zülfiyyə Hacıyevanın 1-ci sinif şagirdi Dəniz Məmmədlinin saçlarını yolaraq dibindən qopardığı haqqında məlumat yayıb.
Modern.az