Fransanın GİGN xüsusi təyinatlı dəstəsi Parisin şərqindəki Port-de-Vensan rayonundakı supermarketi ələ keçirib bir neçə nəfəri girov götürən şəxsi məhv edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan əvvəl supermarketdə bir neçə partlayış olub. Bir neçə dəqiqə sonra məlum olub ki, cinayətkar zərərsizləşdirilib, girovla isə azad edilib. Hücum zamanı 4 xüsusi təyinatlının yaralandığı bildirilir.
Qeyd edək ki, avtomatlı kişi bu gün supermarketdə 6 nəfəri girov götürüb. Məhv edilən terrorçunun adı açıqlanmır. Bundan əvvəl isə onun 32 yaşlı qaradərili Amedi Kolibalı olduğu bildirilirdi.
Modern.az