Modern.az saytı məşhur şəxsiyyətlərin hazırcavablığının məhsulu olan və deyildiyi andan etibarən şöhrət qazanan cavabların bir neçəsini təqdim edir:
Platondan biri soruşur:
- İnsanlardakı hansı xüsusiyyət sizi daha çox təəccübləndirir?
Platon:
-Onlar heç vaxt ölməyəcəklər kimi yaşayırlar. Amma heç vaxt yaşamayıblar kimi ölürlər.
***
Böyük şair Nəcib Fazil Qısakürək gəmi ilə səfər edərkən bir gənc ona yaxınlşaraq deyir:
- Ustad, peyğəmbərlərə heç bir ehtiyac yox idi. Biz özümüz də öz yolumuzu tapa bilərdik.
Şair oxuduğu kitabdan başını qaldırmayaraq cavab verir:
- Elə isə gəmiyə niyə mindin ki? O biri sahilə özün üzə-üzə də keçə bilərdin.
***
Napaleon Bonoparta məğlub olan İspaniya kralı qürurunu sındırmayaraq ona bu cür etiraz edir:
- Siz torpaq, qızıl və pul üçün vuruşursunuz. Amma biz namus və qürur üçün savaşırıq.
Napaleon təmkinini pozmadan:
- Düz deyirsən, kimin nəyə ehtiyacı varsa, elə onun uğrunda da vuruşar.
***
Eynşteyn mühazirə oxumağa gedərkən sürücüsü ondan qəribə bir xahiş edir:
- Cənab, sizin bütün seminarlarınızda iştirak etmişəm. Nə deyəcəyinizi, hansı mövzudan danışacağınızı əzbər bilirəm. İcazə verin, bu dəfə sizin əvəzinizə mən danışım. Alim etiraz etmir. Sürücü həqiqətən də necə lazımdırsa mövzu haqqında danışır və bunu zalda oturanların hamısı alimin özü bilir. Birdən iştirakçılardan biri qəfil çətin bir sual verir. Sürücü tutulsa da, özünü itirmir Zalda iştirakçıların arasında oturan Eynşteyni göstərərk deyir:
- Bu elə bir bəsit sualdır ki, ona hətta mənim sürücüm də cavab verə bilər. İcazə verin, bu suala o cavab versin.
***
Amerikalı iş adamı bir çinlini ələ salmaq üçün ondan soruşur:
- Ölüləriniz qəbirləri üstünə qoyduğunuz düyüləri nə zaman yeyəcəklər?
Çinli başını qaldırmadan cavab verir:
- Sizin ölüləriniz qəbir üstünə qoyulan gülləri iylədiyi zaman.
***
Hokkey üzrə dünya çempionatını izləyən futbol kralı Peleden rusiyalı jurnalistlər soruşurlar:
- Sizcə, Braziliya nə zaman hokkey üzrə dünya çempionu ola biləcək?
Pele dərhal cavab verir:
- Rusiya futbol üzrə dünya çempionu olanda Braziliya da hokkey üzrə dünya çempionu olacaq.
***
Fateh Sultan Mehmetden soruşurlar:
- İstanbulu niyə fəth etdiniz?
Fateh:
- Çünki əvvəlcə o mənim qəlbimi fəth etmişdi.
Elmin NURİ