Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az saytına Azərbaycanda qeydə alınan ən uzunömürlü ağac növünün adını açıqlayıb.
İradə İbrahimova bildirib ki, Şərq Çinarı ölkənin ən uzunömürlü ağacıdır: “1600 yaşı olan “Şərq Çinarı” Cəbrayıl rayonunun Hacılı kəndində yerləşir. “Şərq Çinarı”nın digəri Göygöl rayonunda yerləşir. Onun 1500 yaşı var. Bu ağaclar təbiət abidələri sırasına daxildir”
Yeganə Oqtayqızı