Modern.az

Həkimlərin müsabiqəsində 63 nəfər müsbət nəticə göstərib

Həkimlərin müsabiqəsində 63 nəfər müsbət nəticə göstərib

10 Yanvar 2015, 11:05


Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Modern.az saytının məlumatına görə, məlumatda qeyd edilib ki, ötən il dekabrın 25-27-si arası keçirilən və bu il yanvarın 7-də başa çatan müsabiqədə 18-25 arası bal toplayan 63 həkim müsbət nəticə göstərərək uğur qazanıb.

Müsahibədən müvəffəqiyyətlə keçən həkimlər yanvarın 14-də Səhiyyə Nazirliyinin “Elektron səhiyyə” xidmətindən iş yerlərinə göndərişləri ala bilərlər.

Nazirliyin rəsmi saytında müsabiqənin nəticələri barədə ətraflı məlumat əldə etmək olar: //www.sehiyye.gov.az/files/pdf/musahibe_neticeleri_07012015.pdf)

Məltəm TALIBZADƏ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu