Modern.az

“Bəzi məsuliyyətsiz şəxslər yararsız çağırışçıları orduya göndərməyə çalışırlar”- Hərbi Ekspert fakt AÇIQLADI

“Bəzi məsuliyyətsiz şəxslər yararsız çağırışçıları orduya göndərməyə çalışırlar”- Hərbi Ekspert fakt AÇIQLADI

Təhsil

10 Yanvar 2015, 14:53


Hərbi xidmətə çağırışda Ölkə başçısının sərəncamına uyğun olaraq, yanvarın 1-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına həqiqi hərbi xidmətə növbəti çağırış həyata keçirilir.
Hərbi ekspert Üzeyir Cəfərov bunla bağlı maraqlı məlumat açıqlayıb. Modern.az xəbər verir ki, Ü.Cəfərov çağırışın başlandığı bir həftə ərzində Müdafiə Nazirliyi üçün nəzərdə tutulan xeyli çağırışçının müdafiə naziri general-polkovnik Zakir Həsənovun ciddi tapşırıqlarına əsasən keçirilən təkrar yoxlamalar nəticəsində geri qaytarıldığını bildirib.

“Mənə çox maraqlıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov, həmçinin tabeliyində olan bəzi rayon və şəhər idarələri və şöbələri bu hərəkətləri ilə nə demək istəyirlər? Respublikanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev də deyəsən SHXÇDX-nin bəzi şəxslərindən çəkinir. Axı ötən ildə də sayı bir neçə yüzü keçən yararsız çağırışçılar Müdafiə Nazirliyi tərəfindən geri qaytarılmışdı”.

Ü.Cəfəov bildirib ki, nədənsə, yerlərdəki bəzi məsuliyyətsiz şəxslər öz vəzifə borclarına məsuliyyətlə yanaşmaq əvəzinə, sağlamlıq imkanları məhdud olan, bu və ya digər səbəblərdən döyüş hərbi hissələrində xidmət keçməyə tam yararlı olmayan çağırışçıları ordu sıralarına göndərməyə çalışırlar.

“Belə halların qarşısı ən sərt şəkildə alınmalıdır və Hərbi Prokurorluq xidməti fəaliyyətində yol verdikləri məsuliyyətsizliyə görə, kimliyindən asılı olmayaraq, hər kəsə layiq olduğu qiyməti verməlidir.
Təkcə dünən SHXDÇX-nin Lənkəran şöbəsi tərəfindən hərbi xidmətə çağırılan 4 çağırışçı geri qaytarılıb. Özü də, onlar döyüş bölgəsinə əsgəri xidmətə çağırılmış gənc çağırışçılar olublar. Başqa rayon və şəhərlər üzrə də bəzi məlumatlar var.
İnanmaq istərdik ki, müvafiq qurumlar SHXÇDX-nın son vaxtlar yol verdiyi xətalar üzrə ciddi araşdırma aparacaq və lazım olan hüquqi prosedurları həyata keçirəcəklər. Belə olmazsa, düşünürəm ki, biz yaxın gələcəkdə daha çətin problemlər qarşısında qalmalı olacağıq. Bu isə sırf ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olduğuna görə, sıradan adi bir məsələ deyil”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu