Yanvarın 11-dә Fransada " Charlie Hebdo" satirik jurnalı redaksiyasına hücumda hәlak olan 12 әmәkdaşın vә Vәnsan darvazasında törədilәn terror aktında dünyasını dәyişәn daha beş nәfәrin xatirәsini yad etmәk, terrorizmə qarşı münasibәt bildirmәk məqsədilə ümumölkә nümayişi keçirilib.
Parisin Respublika meydanındakı tədbirdə 1 milyondan artıq nümayişçi iştirak edib. Onlar "Biz müsәlmanıq, biz yәhudiyik" , "Biz Charliyik", "Yaşasın Fransa Respublikası", " Yaşasın azadlıq", " Rәdd olsun terrorizm" kimi şüarlar sәslәndirib, әllәrindә terrorizmi pislәyәn transparantlar tutublar.
Nümayişdә 50-dәn artiq ölkәnin Prezidenti vә Baş naziri iştirak edib. Nümayişə qatılanlar arasında Fransa Prezidenti Fransua Olland, Baş nazir Manuel Valls ilə yanaşı, Almaniyanın, Böyük Britaniyanın, İspaniyanın, İtaliyanın, Rusiyanın, Ukraynanın vә digәr ölkәlәrin rәhbәrlәri də olublar.
Nümayişdә ölkәmizi Azәrbaycan Respublikası Baş nazirinin müavini Әli Әhmәdov tәmsil edib.
Modern.az AzərTAC-a istinadən xəbər verir ki, Әli Әhmәdov Azərbaycan Prezidenti İlham Әliyevin başsağlığını Prezident Fransua Ollanda vә Baş nazir Manuel Vallsa çatdırıb.
Fransanın Bordo, Marsel, Lion, Strasburq vә digәr şәhәrlәrindә dә izdihamlı nümayişlәr keçirilib. Üç saatdan artıq davam edәn izdihamlı nümayiş ölkә televiziyaları vasitәsilә birbaşa yayımlanıb
Modern.az