Modern.az

Avropada rəssamlar Azərbaycanı belə təbliğ edirlər-FOTOLAR

Avropada rəssamlar Azərbaycanı belə təbliğ edirlər-FOTOLAR

12 Yanvar 2015, 01:10




 

 

 

 

 

 

 

 

 

“Zarifa-Art” İncəsənət Agentliyi Almaniyanın Köln şəhərində növbəti, sayca 87-cı sərgisini keçirir. "Kunst ohne Grenze" (Sərhəd tanımayan sənət - azərb) adlı sərgidə müxtəlif milli mənsubiyyətlərə aid, ancaq hazırda Almaniyada yaşayıb yaradan rəssamların, o cümlədən Azərbaycan əsilli rəssamların əsərləri də sərgilənir. 

İncəsənət xadimləri və sənətsevərlərin daim maraqla qarşıladıqları “Zarifa-Art”ın sərgiləri və fəaliyyəti Köln şəhər rəhbərliyinin də diqqətini cəlb edib.  Sərgi açılışında iştirak edən Köln bələdiyyəsinin nümayəndələri İldırım Sultanovu Kölnün mədəni inkişafına göstərdiyi xidmətlərə görə xüsusi diplomla təltif etdilər. Memar və incəsənət xadimi İldırım Sultanovun başçılığı altında fəaliyyət göstərən beynəlxalq “Zarifa-Art” sənət qrupu 1992-cı ildə Azərbaycan və Rusiyada, 1997-ci ildə isə Almaniyada rəsmi fəaliyyətə başlayıb. İlk dövrlərdə 7 sənət adamıyla fəaliyyətə başlasalar da hazırda 60-dan çox rəssam, heykəltaraş, memar və bir çox digər incəsənət növlərilə məşğul olan tanınmış sənətkarları öz ətraflarında birləşdirərək Almaniya və Avropanın bir çox şəhərlərində möhtəşəm sərgilər keçiriblər. 
“Zarifa-Art” öz ətrafında müxtəlif milli və dini mənsubiyyəti olan sənət adamlarını toplayıb və bu atmosferdə işləmək istəyən hər kəsə öz qapılarını açıb.  "İncəsənət beynəlmiləldir - xalqları, mədəniyyətləri biri-birlərinə qovuşduran və yaxınlaşdıran amildir“-deyə devizlərini bu cür ifadə edir İldırım müəllim. Ofelya İmanova, Fərqanə İmani, Evgeniy Askeroviç və başqa bir çox Azərbaycan əsilli rəssam və heykəltaraşlar Azərbaycan adını  öz möhtəşəm əsərlərilə bu sərgilər vasitəsilə möhtəşəm şəkildə təbliğ edirlər.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Togrul Əziz

  Almaniya  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu