Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “NISSAN” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin çox olması minik avtomobilinin meyilliyi olan yamaca qalxmasına səbəb olub. Bu zaman tarazlığı pozulan “NISSAN” yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub.
Əraziyə cəlb olunan yol patrul xidmınin əməkdaşları maşına baxış keçiriblər.