Yanvarın 10-da Dənizkənarı Milli Parkın ərazisində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətində istinadən xəbər verir ki, qadının şəxsiyyətinin müəyyənləşdirilməsi və onun hansı şəraitdə dənizə düşməsi ilə bağlı araşdırmalar aparılır.
Digər məlumata görə, yanvarın 10-da Şəmkir rayonunun Ceyrançöl adlandırılan ərazisində Kür çayının sahilində üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb.
Ötən il dekabrın 27-də itkin düşən Yevlax rayon sakini Novruz Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti isə Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisindən keçən hissəsində tapılıb.
Modern.az