Modern.az

Fransada terror törədənlərdən birinin cinayət ortağı Türkiyədə olub

Fransada terror törədənlərdən birinin cinayət ortağı Türkiyədə olub

Təhsil

12 Yanvar 2015, 13:36

Fransada terror törədənlərdən birinin cinayət ortağı Hayat Bumedden Türkiyədə olub və oradan Suriyaya keçib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mölud Çavuşoğlu məlumat verib. Çavuşoğlu yanvarın 2-də Hayat Bumeddinin Madriddən İstanbula gəldiyini, Kadıköydəki otellərdən birində qaldığını, yanvarın 8-də isə Akçakale şəhərindən Suriya sərhədini keçdiyini təsdiqləyib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Bumeddin 32 yaşlı terrorçu Amedi Kulibalinin ortağı olub. Amedi yanvarın 9-da Parisdəki supermarketlərdən birini girovlarla birlikdə ələ keçirdikdən sonra xüsusi əməliyyat zamanı məhv edilib.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu