Modern.az

TQDK: “Builki qəbul, buraxılış və sınaq imtahanlarının tarixləri hələ bilinmir”

TQDK: “Builki qəbul, buraxılış və sınaq imtahanlarının tarixləri hələ bilinmir”

Təhsil

12 Yanvar 2015, 14:36

Modern.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, quruma ünvanlanan suallar içərisində müxtəlif təyinatlı imtahanların keçirilmə tarixləri ilə bağlı suallar üstünlük təşkil edir.

“Bu tip suallara ümumi şəkildə cavab olaraq qeyd edə bilərik ki, 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının, buraxılış imtahanlarının, eləcə də sınaq imtahanlarının keçirilmə tarixləri hələ müəyyən olunmayıb”-deyə TQDK bildirib.

TQDK-dan deyilib ki, həmişə olduğu kimi bu il də imtahan tarixləri müəyyən olunan kimi dərhal qurumun Facebook səhifəsində məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu