Minsk yaxınlığında milislər radikal sələfi hərəkatının qanunsuz iclasının qarşısını alınıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Belarus Təhlükəsizlik Komitəsinin (BTK) mətbuat xidmətinin rəhbəri məlumat verib.
Onun sözlərinə görə, BTK-nın Daxili İşlər Nazirliyi ilə birgə əməliyyatı zamanı cihad və İslamdan başqa digər dinləri qəbul etməmək prinsipinə əsaslanan 20 sələfini saxlayıb. Saxlanılanların 8 nəfəri əcnəbilər olublar. Sələfilər Minsk yaxınlığındakı kəndlərdən birində görüşüb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu qrup ərəb ölkələrindən birindəki ekstremist təşkilatının missionerlik fəaliyyəti əsasında formalaşıb.
BTK-nın mətbuat xidməti rəhbərinin sözlərinə görə, saxlanılan Belarus vətəndaşlarına qarşı profilaktik tədbirlər görülüb, qanunvericiliyi pozan xarici vətəndaşlar isə ölkədən çıxarılıblar.
Modern.az