İnterpol Ukrayna prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrı beynəlxalq axtarışa verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov məlumat verib: “Bu gün 2014-cü ilin martında Ukrayna Daxili İşlər Nazilriyi, Baş Prokurorluğu və Milli Təhlükəsizlik Xidmətinin sorğusu əsasında İnterpolun xüsusi komissiyası Viktor Yanukopviçi axtarışa verib”.
Nazirin məlumatına görə, Yanukoviçlə yanaşı, keçmiş baş nazir Nikolay Azarov, keçmiş maliyyə naziri Yuri Kolobov və “Ukrtelekom”un sabiq rəhbəri Qleb Dzekon axtarışa verilib.Modern.az