Modern.az

“AMAY Abdulla”nın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

“AMAY Abdulla”nın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Təhsil

12 Yanvar 2015, 16:41

“AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumatı Modern.az saytına vəkil Əkbər Bağırov verib.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Vəkil Əkbər Bağırov bildirib ki, iş hakim Əfqan Hacıyevin icraatındadır: “Hazırlıq iclasına ayın axırında baxılması gözlənilir. Ümid edirik ki, Abdulla Abdullayevin günahsızlığı məhkəmədə sübuta yetiriləcək, qərar həbslə nəticələnməyəcək. Çünki müdafiə etdiyim şəxs də, mən də verilən ittihamla razı deyilik. Güman edirik ki, məhkəmə ədalətli qərar çıxaracaq”.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır.

Yeganə Oqtayqızı

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu