Modern.az

“Qızıl top” Ronaldoya verildi

“Qızıl top” Ronaldoya verildi

13 Yanvar 2015, 00:50


“Real”ın və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu ikinci dəfə FİFA-nın 2014-cü il üzrə dünyanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına layiq görülüb.

Modern.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumameyilli yarımmüdafiəçisi Kriştiano Ronaldo bu mükafatın sahibi olub.

Ronaldo səsvermədə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb. Bununla da o, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.   Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu