Modern.az

Ərdoğandan Netanyahuya İTTİHAM: “Hansı üzlə ora getmişdin?!”

Ərdoğandan Netanyahuya İTTİHAM: “Hansı üzlə ora getmişdin?!”

Təhsil

12 Yanvar 2015, 21:34


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Parisdə antiterror yürüşünə qatılmasına sərt reaksiya verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin lideri Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bu barədə danışıb.   Türkiyə dövlət başçısı deyib ki, Qəzzədə 2 min 500 dinc sakinlərin öldürülməsində əli olan İsrailin baş naziri Benyamin Netnayahunun Parisdəki antiterror mitinqində əl yelləməsi anlaşılan deyil. “Sanki onu çox həyəcanla gözləyirlər, o da əl yelləyir. Onun hansı üzlə Paris getdiyini anlamaqda çətinlik çəkirik”.  

Rəcəb Tayyib Ərdoğan Qərb dairələrini ittiham edən fikirlər də səsləndirib. “Suriyada 350 min insan öldürülüb. Dünyanın tükü təpərirmi? Onlar hələ də qırğının davam etməsini müşahidə edirlər. Qərbin ikiüzlülüyü ortadadır”,-deyə Ərdoğan bildirib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu