Modern.az

Lavrov jurnalistə ƏSƏBİLƏŞDİ: “SSRİ-nin bərpası ilə bağlı fakt göstərin”

Lavrov jurnalistə ƏSƏBİLƏŞDİ: “SSRİ-nin bərpası ilə bağlı fakt göstərin”

Təhsil

12 Yanvar 2015, 22:01


“Rusiyanın rəsmi şəxsləri Moskvanın SSRİ-ni bərpa etməyə hazırlaşdığını bildirməyiblər”. Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov latviyalı həmkarı Edqars Rinkeviçlə keçirdiyi mətbuat konfransında deyib.

Sergey Lavrov  Latviyadan olan jurnalistin Rusiyanın SSRİ-ni bərpa etməyə çalışması ilə bağlı verdiyi suala cavab verərkən bildirib ki, konkret mənbə göstərilməlidir.

“Siz əvvəl dediniz ki, Rusiyanın Sovet İttifaqını bərpa etmək arzusu hamını qorxya salıb. Mən xahiş edirəm ki, sizdə konkret mənbələr varsa göstərin. Mənə Rusiya rəsmi nümayəndələrindən Sovet İttifaqının bərpası və  “rus dünyası”nı bir araya gətirmək haqqındakı çıxışlarından sitat gətirin. Görək kim Sovet İttifaqının bərpasını və ya “rus dünyasını” bir araya gətirməyi təklif edib”,-deyə XİN başçısı bildirib.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu